AZ

"Neftçi"nin yeni bazasına nə vaxt köçəcəyi dəqiqləşdi

"Neftçi"nin yeni bazasına - Neftçi Futbol Mərkəzinə nə vaxt köçəcəyi dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" qarşıdakı mövsümə yeni məkanda başlayacaqlar.

Burada həm klubun bütün əməkdaşları, həm də komanda məskunlaşacaq. Bir müddət öncə açılışı olan bazada hazırda 3 növbəli iş gedir və müxtəlif zəruri avadanlıqların quraşdırılması həyata keçirilir.

Prosesin iyulun sonunadək tamamlanacağı gözlənilir. Klubun ofisinin isə sözügedən məkanda ən geci avqustun əvvəllərindən fəaliyyətə başlaması planlaşdırırlır.

Nihat  

Seçilən
11
fanat.az

1Mənbələr