AZ

Lozano İran XİN-ə çağırıldı

İsveçrənin Tehrandakı səfiri, eləcə də İranda ABŞ-ın maraqlarını təmsil edən Nadin Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə İran mediası məlıumat yayıb.

Məlumata görə, diplomata ABŞ rəsmilərinin İsrailin İrana hücumları ilə bağlı səsləndirdikləri bəyanatlarla əlaqədar etiraz bildirilib.

ABŞ hökumətinin İsrailin avantürizminin nəticələrinə görə məsuliyyət daşıdığı vurğulanıb.

Seçilən
13
publika.az

1Mənbələr