AZ

İƏT İsrailin İrana hücumlarına dair bəyanat yaydı

BAKI, 13 iyun. TELEQRAF

İslam Əməkdaşlıq Təşkilatı (İƏT)İsrailin İrana hücumlarına dair bəyanat yayıb.

Teleqraf xəbər verir ki, bu barədə bəyanat qurumun saytında dərc olunub.

"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İsrailin İrana qarşı kobud hücumlarını, ölkənin suverenliyini və təhlükəsizliyini, beynəlxalq hüquq və normaları kobud şəkildə pozaraq kəskin şəkildə pisləyir. Baş Katiblik beynəlxalq ictimaiyyəti və Təhlükəsizlik Şurasını bütün regionda təhlükəsizliyə, sülhə və sabitliyə xələl gətirmək təhlükəsi yaradan bu təcavüzlə bağlı öz məsuliyyətlərini üzərinə götürməyə və onun qarşısını almaq üçün çevik və qətiyyətlə hərəkət etməyə çağırır", - bəyanatda deyilir.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

Seçilən
28
12
teleqraf.com

10Mənbələr