AZ

“Space TV”yə xəbərdarlıq edildi – “Maşa və ayı”ya görə


Bu gün Audiovizual Şuranın onlayn iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, iclasda “Space TV” kanalının efirində cari ilin 7 iyun, 8 iyun və 9 iyun tarixlərində yayımlanan “Maşa və ayı” cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.
“Maşa və ayı” cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal “Media haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Seçilən
8
49
yeniavaz.com

10Mənbələr