"Paymes Elektronik Ticaret ve Bilişim Texnolojileri Anonim” Şirkətinin Azərbaycandakı filialının rəhbərinə “stop” qoyulub.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə qəbul edib.
İş materiallarından aydın olur ki, şirkətin dövlət büdcəsinə 14 916,74 manat borcu var. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılmasını istəyib. Məhkəmə də qurumun ərizəsini təmin edib.
"Paymes Elektronik Ticaret ve Bilişim Texnolojileri Anonim” Şirkətinin Azərbaycandakı filialı 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Filialın rəhbəri Məmmədov Cəfər Fəxrəddin oğludur.
Hüseyn