AZ

Hakan Fidan: Türkiyə bütün mümkün ssenarilərə uyğun lazımi tədbirləri görür

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun bütün mümkün ssenarilərə özünə ehtiva edən lazımi tədbirləri görür.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazir Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalının da iştirakı ilə keçirilən və əsas mövzusu İsrailin İrana hücumları olan görüşün nəticəsi barədə “X” hesabında yazıb.

O bildirib ki, Türkiyə proseslərin əvvəlindən bəri İran, İraq, İordaniya, ABŞ kimi ölkələrlə təmaslar həyata keçirir:

“Qəzzada humanitar fəlakətə səbəb olan, Livanı sabitsizliyə aparan və bu gün də İranı hədəf alan İsrail bölgəni xaosa aparmaq cəhdlərindən ən qısa zamanda əl çəkməlidir. Bölgəmizdə getdikcə artan gərginliyin diqqəti Qəzzadan ayırmasına imkan verməməliyik. ABŞ Prezidenti Donald Trampın nüvə müzakirələri ilə bağlı başlatdığı müzakirələrin davam etməsi nüvə mübahisəsinin səbəb olduğu münaqişənin həlli üçün yeganə üsuldur. Diplomatiya müharibənin yeganə alternatividir”.

Seçilən
25
3
ikisahil.az

4Mənbələr