İran hökumətinin nümayəndələri nüvə proqramı ilə bağlı saziş imzalamaq üçün zəng edirlər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“İran saziş bağlamaq şansını qaçırdı. İndi, ola bilsin, onların başqa fürsəti ola bilər. Baxacağıq”, - Tramp deyib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirir.