AZ

MEDİA İsrail İran gərginliyi ilə bağlı jurnalistlərə müraciət etdi

Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Doğru.az xəbər verir ki, Medianın İnkişafı Agentliyi (MEDİA) sosial şəbəkələrdə yayılmış Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlara münasibət bildirib. Agentlik bildirir ki, bu cür informasiya manipulyasiyası məqsədli “xəbərlər” tamamilə saxtadır və reallığı əks etdirmir.

MEDİA cəmiyyəti yalnız rəsmi mənbələrə inanmağa çağırır, jurnalistlər və ictimai fəallardan isə belə yalan məlumatlara qarşı prinsipial mövqe tutmağı tələb edir.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İranın nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib, bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olub.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
dogru.az

1Mənbələr