AZ

Reşford qərarını verdi: Bu nəhəng kluba keçmək istəyir

Britaniyalı hücumçu Markus Reşford gələcəyi ilə bağlı qəti qərarını verib.

Publika.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Futbolçu agentlərinə yeganə istəyinin “Mançester Yunayted”i tərk edərək “Barselona”ya keçmək olduğunu bildirib.

Kataloniya klubu ingilis futbolçunun bu niyyətini müsbət qarşılayır, lakin hücum xəttini gücləndirmək üçün əsas namizəd kimi “Liverpul”un vingeri Luis Diası görür. Bununla belə, Reşford iyun ayı ərzində “Barselona”nın qərarını gözləməyə hazırdır.

Seçilən
11
publika.az

1Mənbələr