Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranın nüvə proqramına qarşı əməliyyatın hazırlanması əmri 2024-cü ilin noyabrında verilib.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“Əslində mən bu əmri müdafiə strukturlarının rəhbərliyinə altı aydan da əvvəl, noyabrın 24-də vermişəm. Sənəd məndədir. Bu, İranın nüvə proqramının faktiki olaraq yox edilməsi əmridir”, - o, baş nazirlik aparatının yaydığı videomüraciətdə əlində A4 formatlı vərəq göstərərək deyib.
Netanyahu əlavə edib ki, bu əməliyyata hazırlığa başlamaq qərarı İsrail ordusunun 2024-cü ilin sentyabrında Livanda “Hizbullah” partiyasının baş katibi Həsən Nəsrullah başda olmaqla, qruplaşmanın rəhbərliyinin aradan qaldırmasından qısa müddət sonra verilib.
İsrail Baş naziri qeyd edib ki, ilkin olaraq İrana zərbələrin bu ilin aprel ayının sonunda başlaması planlaşdırılırdı, amma müəyyən səbəblərə görə bu əməliyyat ertələnib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.