AZ

“Qabığını yemirik” demə! Banan niyə mütləq yuyulmalıdır?

“Qabığını

"Heç kim qabığını yemir, bəs bananı niyə yumaq lazımdır?" — Nutrioq tərəfindən izah edildi.Hətta bananı qabığı ilə yeməyə hazırlaşmırsınızsa belə, əsas gigiyena qaydalarına əməl etməmək olmaz.Yuyulmamış bananlar — infeksiya, parazit və zəhərli pestisid mənbəyi ola bilər. Bu barədə nutrisioloq və parafarmasevt Yuliya Popova xəbərdarlıq edib.“Hətta qabığını soyduğunuz meyvələri də mütləq yumaq lazımdır, əks halda qabığın çirk və kimyəvi maddələri bıçaq və ya əllər vasitəsilə meyvənin içərisinə keçə bilər,” — deyə o, NEWS.ru-ya bildirib.Banan qabığında pestisid qalıqları, bağırsaq çöpləri (E. coli) və digər patogen bakteriyalar yığılır. Üstəlik, bu meyvələr uzunömürlü olması üçün mum və konservantlarla işlənir. Bütün bu maddələr təmizləmə zamanı meyvənin içərisinə keçərək mədə-bağırsaq problemlərinə — yüngül narahatlıqdan tutmuş ciddi infeksiyalara qədər — səbəb ola bilər.Popovanın sözlərinə görə, banan bu baxımdan tək deyil. Kivi, portağal və digər sitrus meyvələri də yuyulmalıdır.Ulusum.az

Diqqət Çəkənlər

Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir

Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama

Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO

Seçilən
9
ulusum.az

1Mənbələr