AZ

Bakıda narkotacir kimi saxlanılan şəxs tanınmış həkimdir - VİDEO

Bakıda sosial şəbəkə vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirən şəxslərdən biri ilə bağlı maraqlı detal məlum olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, ifşa olunmamaq üçün hotellərdə gecələyən 42 yaşlı Elşən Əliyev əvvəl ürək-damar cərrahı işləyib.

Qeyd edək ki, saxlanılan şəxs - damar cərrahı Elşən Əliyev 2002-2008-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2008-2010-cu illərdə isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Diplomdan Sonrakı Təhsil Tibb Akademiyasında ixtisaslaşma keçib. 2010-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən Medical Park Hospitalda və Adana Çukurova Universitetində peşəkar təcrübə əldə edib.

Elşən Əliyev Avropa, Rusiya və Azərbaycan Ürək-Damar Cərrahları Cəmiyyətlərinin üzvüdür. O, bir çox yerli və beynəlxalq tibbi konfranslarda iştirak edib.


Bizim.Media

Seçilən
45
bizim.media

1Mənbələr