AZ

Tramp bu mövzuda Azərbaycana tələb qoymayıb və qoya da bilməz - erməni təbliğat şousu ifşa edilir...


Xaqani Cəfərli: "Hazırkı şəraitdə erməni məhbuslara görə ABS-nin Azərbaycanla münasibətləri gərginləşdirməsi mümkün görünmür"

Erməni mediasında yayılan məlumata görə, Ruben Vardanyanın beynəlxalq vəkili Jared Genser deyib ki, Əliyevə Vaşinqton və prezident Tramp tərəfindən çoxlu təzyiqlər var və onun fikrincə, bu çox konstruktiv və faydalıdır: "Reallıq budur ki, Tramp administrasiyası Əliyevə açıq şəkildə bildirib ki, erməni xristian əsirləri, hərbi əsirlər ya sülh müqaviləsi imzalanana qədər, ya da sülh müqaviləsi ilə paralel olaraq azad edilməlidir.

Ağ Ev sülh sazişinin həyata keçirilməsi və xristian erməni məhbusların dərhal azad edilməsi üçün çoxlu pərdəarxası işlər görür".

Erməni məhbusların azad edilməsi ilə bağlı doğrudanmı ABŞ Azərbaycana pərdəarxası təzyiq göstərər?

Məsələ ilə bağlı baki-xeber.com-a münasibət bildirən politoloq Xaqani Cəfərli bildirdi ki, ABŞ-ın Bakıda mühakimə olunan ermənilərin məsələsini Azərabycanla diplomatik danışıqlarda təzyiq elementi kimi istifadə erməsini birmənalı istisna etmək çətindir: "Ancaq hazırkı şəraitdə erməni məhbuslara görə ABŞ-nin Azərbaycanla münasibətləri gərginləşdirməsi mümkün görünmür. Əlbəttə, məhbus ermənilərlə bağlı məsələni diplomatik danışıqlarda gündəmə gətirə bilərlər. Hətta bunu hansısa məsələrlə bağlı güzəştə nail olmaq üçün də istifadə edə bilərlər. Amma məhbus ermənilərin məsələsinin ABŞ-ın Azərbaycanla münasibətlərində və diplomatik danışıqlarda ilk onluqda olduğnu düşünmürəm.

Digər tərəfdən, Vaşinqtondakı Azərbaycan lobbiçilərinin mühakimə olunan ermənilərin məsələsinin gündəmə gəlməsinin qarşısını almağa nail olması haqqında erməni mətbuatında məlumatlar var. Bu mənada Azərbycana qarşı hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəmələri davam edən ermənilərə görə, Ruben Vardanyanın xarici vəkili Jared Genserin dediyi kimi, Vaşinqtonun prezident İlham Əliyevə təzyiq göstərməsi iddiası, qənaətimcə, gerçəkliyi ifadə etmir".

Yeri gəlmişkən onu da əlavə edək ki, hələ prezident seçkiləri dönəmində ABŞ-nin erməni diaspora təşkilatları prezidentliyə hər iki namizədi, o cümlədən də Donald Trampı yalançılıqda ittiham edərək, erməni əsilli Amerika vətəndaşlarını hər iki namizədi boykot etməyə çağırmışdı. Bu bəyanatı seçkilərdən bir gün əvvəl ABŞ-nin ən nüfuzlu erməni diaspora təşkilatı olan "Ay Data" təkrarən səsləndirdi. Ona görə də Donald Tramp administrasiyasının gündəmində "erməni" və "Ermənistan" adlı qayğı yoxdur. Tramp administrasiyasının hakimiyyətdə olduğu dönəm ərzində bu kursun davam edəcəyi gözləniləndir.

Jared Genserin dedikləri isə onun vəkillik fəaliyyətinin PR kampaniyasının bir elementidir. Jared Genser göstərmək istəyir ki, onun fəaliyyəti nəticəsində yalnız Ruben Vardanyanın deyil, bütün erməni əsirlərin məsələsi Tramp administrasiyası qarşısında qaldırılır və nəticədə prezident İlham Əliyevə təzyiq göstərilir. Əslində isə belə bur təzyiq mövcud deyil. Yəni Vardanyanın vəkili ermənilərdən daha çox kələkbazdır".

Akif NƏSİRLİ

Seçilən
39
baki-xeber.com

1Mənbələr