AZ

“Uşaqlar iştahla yeyir”: Çiyələkli piroq hazırlayırıq — sadə və yay ab-havalı

“Uşaqlar

Çiyələkli qırıntılı piroq — sadə və ev abu-havalı bir şirniyyatdır, yay çay süfrələri üçün əla seçimdir.Xırtıldayan xəmir, şirəli içlik və vanilin ətri evdə bişən piroqu sevənlər üçün əsl tapıntıdır. Bu piroqu hazırlamaq asandır və dadı hər kəsi sevindirəcək.Xəmir üçün lazım olacaq:200 q kərə yağı2 yumurta150 q şəkər tozu400 q un1 çay qaşığı qabartma tozuİçlik üçün:300 q təzə və ya dondurulmuş çiyələk100 q şəkər1 xörək qaşığı nişastaƏvvəlcə yağı soyuducudan çıxarıb yumşalmasına icazə verin. Yumurtaları şəkərlə çalın, yağı əlavə edin və yaxşı qarışdırın.Unu qabartma tozu ilə qarışdırıb tədricən xəmirə əlavə edin. Yumşaq xəmir alınmalıdır.Xəmiri iki hissəyə ayırın — biri böyük, biri kiçik olmaqla. Hər iki hissəni 30 dəqiqəlik dondurucuya qoyun.İçlik hazırlığı:Çiyələkləri doğrayın, şəkər və nişasta ilə qarışdırın. Böyük xəmir hissəsini yayaraq formaya yerləşdirin, kənarlarını da qaldırın.İçliyi üzərinə yayın. Kiçik xəmir hissəsini iri sürtgəcdən keçirərək içliyin üstünə səpin.Piroqu 180°С-də təxminən 40 dəqiqə bişirin — üzəri qızarana qədər.Ulusum.az

Diqqət Çəkənlər

Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama

Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO

İsraildə səfərbərlik: Minlərlə əsgər orduya çağırılır

Seçilən
13
ulusum.az

1Mənbələr