AZ

Ukrayna Rusiyadan 1200 ukraynalı hərbçi və mülki şəxsin cənazəsini təhvil alıb

Ukrayna Rusiyadan 1200 ukraynalı hərbçi və mülki şəxsin cənazəsini təhvil alıb

İyunun əvvəlində İstanbulda Türkiyənin ev sahibliyi ilə keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində 1200 hərbçi və mülki şəxsin cənazəsi Ukraynaya təhvil verilib.

Ukraynanın Hərbi Əsir Məsələləri üzrə Koordinasiya Mərkəzinin Telegram hesabında yayımlanan açıqlamada qeyd olunub ki, İstanbul danışıqlarında əldə edilən razılaşmaya əsasən, Rusiyadan Ukraynaya 1200 nəfərin cənazəsi qaytarılıb.

Açıqlamada təhvil verilən cənazələrin həm hərbçilərə, həm də mülki şəxslərə aid olduğu bildirilib.

Rusiya tərəfi də öz açıqlamasında cənazələrin Ukrayna vətəndaşlarına məxsus olduğunu və aralarında hərbi qulluqçuların da yer aldığını qeyd edib.

Həmçinin ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi və bu prosesdə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) ilə yanaşı Ukraynanın aidiyyəti qurumlarının da fəal iştirak etdiyi vurğulanıb.

Rusiyanın TASS agentliyinə danışan mənbə isə bildirib ki, bu gün Rusiya Ukraynaya 1200 hərbçinin cənazəsini təhvil verib, lakin Ukrayna tərəfi Rusiya hərbçilərinin cənazəsini qaytarmayıb.

Seçilən
23
afn.az

1Mənbələr