AZ

Tənzilə Rüstəmxanlı: “Bu soyuq müharibəsinin isti qarşıdurmaya çevrilmədən dayandırılması vacibdir”

“İsrail nüvə enerjisi ilə bağlı mərkəzləri vurduğunu bildirsə də, mülki vətəndaşların da həlak olması Qəzzada yaşananların sərhədimizdə təkrarlanması deməkdir”.

Bunu İsrailin İrana hava hücum etməsinə münasibət bildirən Milli Məclisin üzvü Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu hücumların uzunmüddətli müharibəyə çevrilmədən dayanması, tökülən qanların kəsilməsi, xüsusilə məsumların hədəfə çevrilməməsi ən vacibidir:

“Dünyada masada həll edilməyəcək məsələ yoxdur. İllərdən bəri davam edən İran-İsrail soyuq müharibəsinin də uzunmüddətli isti qarşıdurmaya çevrilmədən dayandırılması üçün beynəlxalq təşkilatlar hərəkətə keçməlidir.

Ustad Cavidin də dediyi kimi,

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”.

Seçilən
27
3
moderator.az

4Mənbələr