AZ

Əlikram Bayramovun itkin düşmüş qardaşı oğlu tapıldı

Əlikram Bayramovun qardaşı oğlu tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl itkin kimi axtarışı elan olunan Rahid Qafar oğlu Bayramov tapılıb.

R.Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək ailəsinə təhvil verilib. Bu barədə ailə üzvləri məlumatlandırılıb.

Xatırladaq ki, müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramovun itkin düşməsi ilə bağlı məlumat ilk olaraq ARB televiziyasında yayımlanan "Səni axtarıram" verilişində verilmişdi. Atası Qafar Bayramovun bildirdiyinə görə, Rahid mayın 8-də Biləsuvardan Bakıya gəldikdən sonra onunla əlaqə kəsilmişdi. Gəmidə çalışdığı deyilən Rahid Bayramovun psixoloji problemlərinin olmadığı da qeyd olunmuşdu.


Telegram kanalımız
Seçilən
27
2
yenisabah.az

3Mənbələr