AZ

İran tarix boyu hansı hallarda qırmızı bayraq dalğalandırıb? Mənası budur...

5 ildə 4 dəfə qırmızı qisas bayrağını qaldıran İran, İsrailin hücumlarından sonra yenidən dini bir tikilinin üzərində bayraq dalğalandırmağa başlayıb. 

Demokrat.az
xəbər verir ki, maraq mövzusu olan bu bayrağın ilk mənası intiqam deməkdir.

İranda dini tikili üzərində qaldırılan qırmızı bayraq təkcə simvol deyil, həm də müharibə və qisas çağırışıdır. Şiə ənənəsində “Qırmızı qisas bayrağı” nahaq yerə tökülən qanların hesaba çəkiləcəyini bəyan edir.

Bu bayraq sonuncu dəfə 2020-ci ildə general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra Cəmkeran məscidində asılmışdı. Tarixi kökləri Kərbəla hadisəsinə qədər uzanan qırmızı bayraq İranda yalnız böyük qan davası olanda və ya şəhiddən sonra qisas almaq qərarı verildikdə dalğalanır.

Ekspertlərin fikrincə, bu bayrağın qaldırılması təkcə dini deyil, həm də siyasi xəbərdarlıqdır.


Əfsanə Kamal
Demokrat.az

Seçilən
53
1
demokrat.az

2Mənbələr