AZ

KOBİA-da 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatınınKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiyatəşkilatının təşkilatçılığı ilə “Bakı KOB evi”ndə 15 iyun – MilliQurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan – Suverenliyin tambərpasına doğru” mövzusunda tədbir keçirilib.

Əvvəlcə millət vəkilləri, KOBİA-nın və YAP-ın Nərimanov rayontəşkilatının nümayəndələri “Bakı KOB evi”ndə Ulu Öndərin büstüönünə gül dəstələri qoyublar.

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi,Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canındankeçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadolunması ilə başlayıb.

Sonra KOBİA tərəfindən hazırlanmış, Heydər Əliyevin həyat vəfəaliyyətindən bəhs edən film nümayiş olunub.

Milli Məclisin deputatları Sadiq Qurbanov və Samir Vəliyev,KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanovrayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Milli QurtuluşGününün Azərbaycan tarixindəki müstəsna rolundan, Ümummilli LiderHeydər Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyügenişmiqyaslı tədbirlərdən danışıblar. Qeyd olunub ki, 15 iyun1993-cü il Azərbaycanın siyasi xaos və müstəqilliyinin itirilməsitəhlükəsindən, vətəndaş müharibəsindən xilas olması,dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin başlanğıctarixidir. Məhz bu tarixdə xalqın təkidli tələbi ilə Ulu ÖndərHeydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə sabitlik bərqərarolub, sistemli şəkildə iqtisadi islahatlara başlanılıb, o cümlədənsahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşdırılıb.Çıxışçılar Ümummilli Liderin ölkəmizin hərtərəfli inkişafıstrategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeydediblər.

Tədbir çərçivəsində YAP sıralarına yeni qəbul olunmuş bir qrupKOBİA əməkdaşına partiya vəsiqələri, eləcə də partiya fəaliyyətindəfəal iştirakına görə KOBİA-nın bir neçə əməkdaşına YAP Nərimanovrayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim edilib.

KOBİA-da
KOBİA-da
KOBİA-da
KOBİA-da
KOBİA-da
KOBİA-da
KOBİA-da
Məqalədə:
Seçilən
7
3
az.trend.az

4Mənbələr