AZ

İrandakı vəziyyətlə əlaqədar Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır

İranın hava məkanının bağlanması və bəzi aviareyslərin ləğvi səbəbilə bir qrup Ermənistan vətəndaşı Bakı hava limanında qalıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, dəyişən uçuş marşrutları səbəbilə bəzi təyyarələr İrəvanın "Zvartnots" hava limanına, digərləri isə qonşu ölkələrin hava limanlarına enməyə məcbur olub.

"Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın "Zvartnots" hava limanındadırlar", - deyə qurumun açıqlamasında vurğulanıb.

Qeyd edək ki, bölgədəki hava məkanına dair məhdudiyyətlər İsrail və İran arasında baş verən gərginliklə əlaqədardır.

Seçilən
34
operativmedia.az

1Mənbələr