“Azərbaycanda dəli mahnıları ilk dəfə mən oxumuşam”.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Almaz Ələsgərova “Afaqla 10lar” verilişində deyib.
Sənətçi bu gün mahnı seçimində çox çətinlik çəkdiyini bildirib:
“Azərbaycanda “dəli mahnılar”ı ilk dəfə mən oxumuşam – anam demişkən… Çünki belə mahnılar anamın xoşuna gəlmirdi. Deyirdi, həmişə “dəli mahnılar”ı oxuyursan. Ondansa, gəl Cahangir Cahangirovdan oxu. İndi mahnı seçimində çox çətinlik çəkirəm. Mənasız mahnılar gic edib bizi”.