AZ

Oynamağı ilə məşhurlaşan bloger azyaşlı oğluna maşın sürdürdü VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Hər dəfə məşhurların pozduğu yol hərəkəti qaydalarından yazmağımıza, həmin şəxslərin də cəzalandırılmasına baxmayaraq, bu gün hələ də eyni səhvləri təkrarlayanlara rast gələ bilirik.

Avtosfer.az xəbər verir ki, “Meri Musazadə” ləqəbli bloger Mehriban Musazadə azyaşlı övladını sükan arxasına oturdub.

Əldə etdiyimiz məlumatlara əsasən, bloger Bakı kəndlərindən birinin ərazisində sürücülük hüququna malik olmayan övladının avtomobil idarə etməsinə şərait yaradıb. Üstəlik, bu hadisəni də çəkərək özünün sosial şəbəkə hesabında paylaşıb.

Videodan da aydın görünür ki, azyaşlı həm də təhlükəsizlik kəmərindən istifadə etmir. Dəfələrlə yol polisinin valideynlərə bu mövzuda diqqətli olmaları ilə bağlı çağırışları olsa da, təəssüf ki, bəzi məşhurlar hələ də bu çağırışlara əməl etmir.

Qeyd edək ki, qaydaları bu cür pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə edilir.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr