AZ

Hökumətlərarası təqaüd proqramı çərçivəsində Macarıstanda 130 nəfər Azərbaycan vətəndaşı təhsil alacaq

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna əsasən 130 nəfər Azərbaycan vətəndaşı 2025/2026-cı tədris ili üzrə Macarıstanın 15 nüfuzlu universitetində təhsil almaq imkanı əldə edib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Macarıstan tərəfinin yekun qərarına əsasən təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 9 nəfəri bakalavriat, 106 nəfəri magistratura, 15 nəfəri isə doktorantura səviyyəsi üzrə təhsil alacaq. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, təbiət elmləri, turizm, beynəlxalq münasibətlər, təhsil və davamlı inkişaf kimi müxtəlif ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.

Təqaüdə layiq görülən namizədlər əsasən Eötvöş Lorand Universiteti, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Budapeşt Korvinus Universiteti, Debretsen Universiteti, Budapeşt İqtisadiyyat və Biznes Universiteti, Obuda Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar.

Seçilən
10
6
azertag.az

7Mənbələr