AZ

Ermənistan Rusiya ilə münasibətləri kəsməyəcək...

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın və Moskvanın gələcəyindən danışarkən bəyan edib ki, bu ölkənin Rusiya ilə münasibətləri kəsmək planı yoxdur.

SİA xəbər verir ki, bu barədə TASS nəşri məlumat yayıb.

Paşinyan qeyd edib ki, Ermənistan balanslaşdırılmış xarici siyasətə görə Rusiya ilə münasibətləri kəsməyəcək.

Buna baxmayaraq, ölkə eyni zamanda Avrasiya İqtisadi İttifaqının və Avropa İttifaqının bir hissəsi ola bilməz, deyə o, sözlərinə əlavə edib.

Dövlət xadimi əlavə edib ki, bu yaxınlarda Ermənistan parlamenti Avropa İttifaqına üzvlüyün başlanması ilə bağlı qanun layihəsinə baxıb.

Praqaya işgüzar səfəri zamanı bu mövzuda danışan siyasətçi yekunlaşdırıb ki, ölkə hazırda bu assosiasiya ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan Rusiya hərbçilərinin Ermənistan ərazisində olması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, onların ölkədə mövcudluğunu dayandırmaq planı yoxdur.

Əli Babayev

Seçilən
19
1
sia.az

2Mənbələr