Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Almaniyanın müdafiə naziri Boris Pistoriyus hesab edir ki, ABŞ Ukraynaya və ümumilikdə Avropaya hərbi dəstəyi tədricən azalacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Tagesschau məlumat yayıb.
"Bəli, bu baş verəcək. Və biz bununla barışmalıyıq", – deyə Pistoriyusun ZDF kanalına müsahibəsində söylədiyi sözlərdən sitat gətirilir.
Nazirin sözlərinə görə, ABŞ-ın yeni müdafiə naziri Pit Hegset əvvəllər dəstəyin tamamilə dayandırılmasından ehtiyat edildiyi halda, indi yalnız yardımın azaldılmasından danışır.
Pistoriyus bildirib ki, əsas məsələ – bu dəstəyin nə qədər azalacağı və Avropanın bu azalmış dəstəyi nə dərəcədə kompensasiya edə biləcəyidir.
"Taurus” raketləri verilməyəcək
Xatırladaq ki, Pistoriyus 12 iyunda Ukraynaya səfəri zamanı bəyan etmişdi ki, Almaniyanın yeni hökuməti (kansler Fridrix Mersin rəhbərliyi altında) Ukraynaya "Taurus” uzaqmənzilli qanadlı raketlərinin verilməsini nəzərdən keçirmir.
Bununla belə, o əlavə etmişdi ki, Almaniya Ukrayna üçün uzaqmənzilli silahlara əlavə olaraq 1,9 milyard avro ayıracaq. Bu qərarın hələ tam təsdiqlənmədiyini, lakin tezliklə qəbul ediləcəyini gözlədiyini bildirmişdi. Onun sözlərinə görə, bu sahədə iş mümkün qədər sürətli və effektiv aparılmalıdır.
Pistoriyus, həmçinin Ukraynanın gələcəyinin NATO ilə bağlı olduğunu vurğulayıb. O xatırladıb ki, Ukraynanın Alyansa geri dönməz yolla inteqrasiyası barədə əvvəlki sammitlərdə qəbul olunmuş qərarlar dəyişməz olaraq qalır.
Alpər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.