“Ermənistan İsrailin İrana gözlənilən hücumu ilə bağlı bir müddət əvvəl hazırlığa başlayıb və bütün mümkün ssenarilər müzakirə edilib”.
Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qriqoryan İrəvanın Yaxın Şərqdəki eskalasiya ilə bağlı bütün ehtimal ssenarilər üzrə planın müəyyən edildiyini bildirib:
“Biz bu planlara uyğun hərəkət edəcəyik. Regionda istənilən eskalasiya qeyri-sabitliyə gətirib çıxarır və bunda müsbət heç nə ola bilməz. Bu hücum İranın ərazi bütövlüyünə qəsddir. Ümid edirik ki, məsələ tezliklə sülh yolu ilə həll olunacaq”.
Telegram kanalımız