Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Sea Breeze” yolunda avtomobil alışaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 11-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-AV-556 dövlət nömrə nişanlı “Chevrolet” markalı maşın anidən tüstülənib və alışmağa başlayıb. Avtomobilin ön hissəsində başlayan yanğın qısa müddətdə nəqliyyat vasitəsinin salon və arxa tərəfinə yayılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvələri cəlb edilib. Avtomobilin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi bilinmir.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.