AZ

Bahalı nömrəli maşınını keçiddə saxlayıb piyadalara çətinlik yaratdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova küçəsində qayda pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına məlumat göndərib. Kadrdan da göründüyü kimi, 10-PR-100 dövlət nömrə nişanlı “Lixiang” markalı avtomobilin sürücüsü maşını keçidin üzərində park edib. Nəticədə ərazidən keçən vətəndaşlar çətinlik çəkiblər. İzləyicinin sözlərinə görə, sürücü uzun müddət keçidi zəbt edib.

Qeyd edək ki, piyadalar sözügedən ərazidə bu mənzərə ilə sıx şəkildə qarşılaşırlar. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
avtosfer.az

1Mənbələr