sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyalı təcrübəli mütəxəssis Boris İqnatyev ÇSKA-nın məşqçilər korpusunda kimi görmək istədiyini deyib. O, bununla bağlı "Чемпионат.ru" portalına açıqlama verib:
"Mən istərdim ki, Berezutski və İqnaşeviç "üçlüy"ündən biri və ya bütün hər üçü CSKA-da işləsin. Onlar iş başında olsa, çoxları ordu komandasına azarkeşlik edəcək.
Onlar həyatlarının çox hissəsini CSKA-ya veriblər və yəqin ki, komandanın yüksək yerlər qazanmasına mane olan bütün detalları bilirlər. Eyni zamanda, onlar çox yaxşı bilirlər ki, nəyin hesabına uğur qazanmaq mümkündü".
Qeyd edək ki, ötən gün ÇSKA-nın serbiyalı baş məşqçisi Marko Nikoliç klubla yollarını ayırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.