İran Atom Enerjisi Təşkilatı Natanz nüvə kompleksində radiasiya sızıntısı olduğunu bildirib...
“Report” xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı agentliyin bəyanatına istinadən bildirib.
"Nüvə obyektinin daxilində radiasiya sızıntısı aşkar edilib, lakin obyektin xaricində sızıntı qeydə alınmayıb", - agentlik bildirib.
Qurum həmçinin narahatlıq üçün səbəb olmadığını deyib. Təşkilatın məlumatına görə, obyektin daxilində radiasiyadan təmizlənmə prosesi həyata keçirilməlidir və daha sonra dəymiş ziyan qiymətləndiriləcək.
Poliqon.info