ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
İrana qarşı hücumların başlamasından sonra fövqəladə vəziyyət elan edən İsrail məhdudiyyətlərlə İranın cavab tədbirinə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, müdafiə naziri Yisrael Katzın İrandan mümkün cavab tədbirləri ilə əlaqədar fövqəladə vəziyyət elan etməsindən sonra ölkədə əlavə tədbirlər görülüb.
Bu çərçivədə təhsil müəssisələri və iş yerləri bağlanıb, kütləvi dini ayinlər, idman və incəsənət tədbirləri və bütün kütləvi tədbirlər ləğv edilib.
Sosial mediada israillilərin İrandan gələ biləcək hücumlardan qorxaraq sığınacaqlara çəkilməzdən əvvəl ləvazimatları toplamaq üçün bazarlardakı rəfləri boşaltdıqlarına dair bəzi videolar paylaşılıb.Bildirilib ki, israillilər nağd pul çıxarmaq üçün banklara axışdıqları üçün bir çox bankomatlarda pul bitib.
İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada bütün israillilərə təlimatlara əməl etmələri və qorunan ərazilərdə qalmaları barədə xəbərdarlıq edilib.
İsrailin Baş naziri Benyamin Netanyahu da bu səhər verdiyi açıqlamada israillilərin vərdiş etdiklərindən daha çox sığınacaqlarda qalmalı ola biləcəyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.