Bizimyol saytına istinadən ain.az xəbər verir.
İran bu bazar günü ABŞ-la nüvə sazişi üzrə danışıqlarda iştirakını ləğv edir. İran dövlət televiziyası Tehranın bazar günü keçiriləcək danışıqlarda “sonrakı xəbərdarlığa qədər” iştirak etməyəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin müxbiri məlumat verib.
"Axios" yazır ki, Trampın xüsusi nümayəndəsi Steve Vitkoff hələ də bazar günü İranın xarici işlər naziri Əraqçi ilə görüşmək istəyir, lakin “iranlılar bu görüşə istəksiz olduqlarını təsdiqləyiblər”.
Bundan əvvəl Tramp İranı danışıqlara qayıtmağa çağıraraq, növbəti zərbələrin "daha da sərt" olacağını və "daha da pisləşəcəyini" bildirmişdi.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.