
Prezident Rəcəb Tayyib Ərdoğan Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətini aqressiv və qanunsuz addımlarla regionu və bütün dünyanı qan, göz yaşı və xaosa qərq etməkdə günahlandırdı. “Bu səhər İsrail öz qanlı planını çox təhlükəli mərhələyə çatdırdı. İranın bombalanması isə açıq təxribatdır,” – deyə Ərdoğan bildirib. O, beynəlxalq ictimaiyyəti İsrailin “qanunsuzluğuna dur” deməyə çağırıb.13 iyunda İsrail "Am KeLavi" (“Millət Aslan Kimidir”) əməliyyatı çərçivəsində İrana genişmiqyaslı hava hücumlarına start verdiyini açıqlayıb. Gecə ərzində 200-dən çox qırıcı İranın müxtəlif şəhərlərində 100-dən çox hədəfə aviazərbə endirib.Ulusum.az
Diqqət Çəkənlər
Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama
Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO
İsraildə səfərbərlik: Minlərlə əsgər orduya çağırılır