AZ

ABŞ Yaxın Şərqə qoşun göndərir

ABŞ İsrailin hücumundan sonra İranın mümkün cavabına hazırlamaq üçün hərbi resurslarını Yaxın Şərqə köçürür.

Modern.az bu barədə "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri “USS Thomas Hudner” gəmisini Şərqi Aralıq dənizinə göndərib.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurası ilə görüşə hazırlaşır.

ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingenti adətən 30 min hərbçi olsa da, keçən ilin oktyabrında əsgər sayı 43 minə çatıb.

Seçilən
12
1
modern.az

2Mənbələr