AZ

ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb

ABŞ

ABŞ prezidenti Donald Tramp administrasiyasının İsrail və İran arasındakı münaqişədə iştirak etməmək barədə ictimai mövqeyinə baxmayaraq, İranın Natanzdakı nüvə stansiyasına ziyan vuran və generalları öldürən kütləvi zərbəyə qeyri-rəsmi şəkildə “yaşıl işıq” yandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail rəsmiləri arasında olan mənbələrə istinadla “Axios” məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Tramp açıq şəkildə İsrailin hücumunu dayandırmağa çalışarkən, baş nazir Benyamin Netanyahu ilə söhbət zamanı ABŞ və İsrail eyni vaxtda öz hərəkətlərini əlaqələndiriblər.

Mənbələrdən biri “Axios”a “ABŞ-dan açıq “yaşıl işıq” aldıq”,- deyib. Başqa bir məmur bildirib ki, Vaşinqtonun ictimai mövqeyi İranı İsrailin hücumunun qeyri-mümkün olduğuna əmin etmək məqsədi daşıyır.

Cümə günü Tramp İranı dərhal nüvə sazişi bağlamağa çağırıb. O, sosial şəbəkədə yazıb: “İran sövdələşməyə getməli və vaxtilə İran imperiyası kimi tanınan ərazini xilas etməlidir”.

Cümə axşamı Trampın razılığa gəlmək üçün verdiyi 60 günlük müddət başa çatıb. O, İranın uranın zənginləşdirilməsinə tamamilə qadağa qoyulmasında israr edir, Tehran isə bunu dinc məqsədlər üçün etmək variantını özündə saxlamaq istəyir.

E. KAMAL
Seçilən
15
1
reyting.az

2Mənbələr