AZ

“İsrail bu əməliyyata 8 ay hazırlaşıb” “Bu məlumat İsrailin planını sürətləndirib”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin İranın nüvə obyektləri, HHM və raket sistemləri, nüvə alimləri və yüksək səviyyəli generallarına yönələn hücum planı səkkiz aylıq gizli və gərgin hazırlıqların nəticəsidir.

“AzPolitika” xəbər verir ki, bunu “Axios” nəşri öz mənbələrinə istinadla yazıb.

“Netanyahunun “İsrailə ekzistensial təhdidlər” adlandırdığı İranın raket və nüvə proqramlarını eyni vaxtda hədəfə almaq üçün əməliyyat keçirilməsi ideyası İranın ötən ilin oktyabrında İsrailə zərbə endirməsindən sonra ortaya çıxdı”, – qəzet yazır.

Qeyd olunur ki, bu hücuma səbəb İranın sürətlə artan raket arsenalının yaratdığı təhlükə, həmçinin İsrailin ötənilki cavab zərbəsindən sonra İranın hava hücumundan müdafiə sisteminin zəifləməsi olub. Nəşrin yazdığına görə, digər bir amil nüvə silahının tədqiqi və inkişafı ilə bağlı kəşfiyyat məlumatları idi ki, bu da İranın daha sürətlə nüvə bombası hazırlaya biləcəyini göstərirdi. Qeyd olunur ki, yaxın həftələrdə İranda yeni yeraltı uran zənginləşdirmə zavodunun açılması nəzərdə tutulub və bu zavod hətta Amerikanın güclü bunker raketlərinə qarşı belə dözümlü olacaq. Bu da İsrailin planlarını sürətləndirib.

Nəşr onu da qeyd edib ki, Donald Tramp administrasiyası İsrail və İran arasında münaqişədə iştirak etməmək barədə bəyanatlar versə də, qeyri-rəsmi kanallar vasitəsilə İsrailin kütləvi zərbələrinə “yaşıl işıq” yandırıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr