Samuxda 49 yaşlı kişi yol qəzasında xəsarət alıb.
"Unikal"ın məlumatına görə hadisə rayonun Poylu kəndi ərazisində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1976-cı il təvəllüdlü F.Süleymanovu vurub.
Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov