AZ

Bakı Apelyasiya Məhkəməsinin hakimi vəfat etdi

Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib.

E-huquq.az-ın məlumatına görə, onun bu gün uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə hakim təyin edilib. 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib. 2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub. 2008-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimidir.

Allah rəhmət eləsin.


Seçilən
24
1
news24.az

2Mənbələr