AZ

Rusiyanın 50-dən çox artisti İranda qalıb

Rusiyanın Böyük Simfonik Orkestrinin 50-dən çox musiqiçisi, həmçinin Dövlət Akademik Əməkdar “Lezginka” rəqs ansamblının kollektivi hazırda Tehranda qalıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Hazırda İranda Böyük Simfonik Orkestrin 51 ifaçısı və Dağıstanın “Lezginka” ansamblı var. Onların necə təxliyə olunacağı barədə məlumat əldə etməyə çalışacağıq”, - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Turizm Operatorları Assosiasiyası məlumat verib ki, İsrail və İranda 500-ə qədər rus turist qalıb və tur paketlərinin ləğvi hələlik kütləvi xarakter daşımır.

Musavat.com

Seçilən
7
1
musavat.com

2Mənbələr