Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının baş məşqçisi Stefano Pioli yenidən İtaliyaya qayıdacaq.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin xidmətində “Fiorentina” maraqlıdır. 59 yaşlı məşqçi ilə danışıqlara start verib.
Hazırda italiyalı çalışdırıcının agenti “Əl-Nəsr” klubu ilə müqaviləni ləğv etmək barədə danışıq aparır.
Stefano Pioli 2017-2019-cu illərdə də “Fiorentina”ya rəhbərlik edib.