
İsrailin İrana etdiyi zərbələr BMT Nizamnaməsinin pozulmasıdır, Tehran isə onlara cavab vermək hüququna malikdir.Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.“Sionist rejimin İrana hücumları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 4-cü maddəsinin 2-ci bəndinin pozulmasıdır və İslam Respublikasına qarşı açıq bir aqressiyadır. Bu aqressiyaya cavab vermək İrana qanuni və legitim haqqdır,” — bəyanatda qeyd olunub.Nour News xəbər verir ki, İran paytaxtına İsrail zərbəsi nəticəsində azı 5 nəfər həlak olub, 20 nəfər yaralanıb.İran Silahlı Qüvvələrinin Baş Qərargah rəsmisi Abolfazl Şekarçi canlı yayımda bildirib ki, İsrail zərbələrini İran məmurlarının və hərbçilərinin evlərinə endirib.Ulusum.az
Diqqət Çəkənlər
Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama
Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO
İsraildə səfərbərlik: Minlərlə əsgər orduya çağırılır