
Moskva ətrafında yerləşən Kurovskoe qəsəbəsindəki fərdi evdə baş vermiş yanğın nəticəsində beş uşaq həlak olub.Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti TASS agentliyinə məlumat verib.“Yanğın-xilasetmə briqadası hadisə yerinə çatanda, evin 72 kvadrat metr sahəsi tam yanmışdı,” — nazirlik bildirir.Qeyd olunur ki, xilasedicilər gəlməzdən əvvəl bir qadın xəstəxanaya yerləşdirilmişdi.“Təəssüf ki, yanğın söndürülərkən 5 uşağın cəsədi aşkar edilib: bir aylıq, bir yaşında, 9, 11 və 17 yaşlarında,” — məlumatda deyilir.Ulusum.az
Diqqət Çəkənlər
Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama
Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO
İsraildə səfərbərlik: Minlərlə əsgər orduya çağırılır