AZ

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını və sarsılmaz birliyini dünya birliyinə bir daha bəyan etdi » AzadMedia.az


Azərbaycan ilə Türkiyə əsrlər boyu ortaq tarixə, mədəniyyətə və dilə malik iki qardaş dövlətdir. Bu dostluq və qardaşlıq yalnız keçmişin xatirəsi deyil, həm də bu gün və gələcək üçün möhkəm təmələ söykənən bir birlikdir. 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi bu sarsılmaz birliyin dünya birliyinə açıq və rəsmi bəyanatı oldu. Bu tarixi sənəd, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəyə çatdığını və bu münasibətlərin sadəcə dostluq çərçivəsində qalmayıb strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqlədi.

Şuşa Bəyannaməsi bir daha sübut etdi ki, Azərbaycan ilə Türkiyənin qardaşlığı yalnız sözlə deyil, əməli işlərlə də möhkəmlənir. Bəyannamənin imzalanması, xüsusilə Azərbaycanın Qarabağ Zəfərindən sonra, məhz Şuşa şəhərində baş verməsi dərin rəmzi məna daşıyır. Şuşa – Azərbaycan xalqının mədəniyyət incisi, işğaldan azad edilərək milli qürur mənbəyinə çevrilmiş şəhərdir. Məhz burada iki ölkənin prezidentlərinin bir araya gələrək dostluğu, qardaşlığı və birliyi bütün dünyaya elan etməsi tarixə qızıl hərflərlə yazıldı.

Bəyannamədə siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlıq prinsipləri açıq şəkildə əksini tapır. Sənəddə tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və dövlət müstəqilliyini qorumağa dair öhdəlik götürürlər. Ən önəmlisi, sənəddə qarşılıqlı hərbi yardım məsələləri də xüsusi yer tutur. Bu, iki ölkənin təhlükəsizlik və müdafiə sahəsində bir-birinin yanında olacağını bütün dünyaya bəyan edir.

İqtisadi sahədə bəyannamə yeni layihələrə geniş imkanlar açır. Xüsusilə Zəngəzur dəhlizinin açılması, ticarət yollarının genişlənməsi, enerji resurslarının birgə istismarı və ixracı ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirir. Bu isə regionda rifahın artmasına, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı inkişafın təmin olunmasına şərait yaradır.

Mədəni sahədə də bəyannamənin rolu əvəzsizdir. Azərbaycan və Türkiyə ortaq tarixini, mədəni irsini dünyaya tanıtmaq, gənclər arasında dostluq münasibətlərini gücləndirmək, elm və təhsil sahəsində birgə proqramlar həyata keçirmək üçün yeni imkanlara malik oldular. Bu isə gələcək nəsillərin də qardaşlıq ruhunda yetişməsi üçün möhkəm zəmin yaradır.

Beynəlxalq arenada isə Şuşa Bəyannaməsi mühüm mesaj verir: Azərbaycan və Türkiyə istənilən təzyiq və təhdid qarşısında bir yumruq kimi birləşərək qarşı durmağa hazırdır. Bu sənəd göstərdi ki, regionda sabitlik, təhlükəsizlik və sülh ancaq bu iki qardaş dövlətin əməkdaşlığı sayəsində mümkün olacaqdır. Beləliklə, bəyannamə yalnız ikitərəfli münasibətlərə deyil, həm də regional və qlobal güc balansına təsir edən sənəd kimi qiymətləndirilir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə dostluğunu, qardaşlığını və sarsılmaz birliyini bir daha təsdiqlədi və bu reallığı bütün dünya birliyinə bəyan etdi. Bu bəyannamə keçmişdən gələn bağları möhkəmləndirərək gələcəyə yönəlik böyük hədəflərin həyata keçirilməsi üçün yol xəritəsinə çevrildi. Azərbaycan və Türkiyənin qardaşlığı bundan sonra da daha da güclənəcək, regionda sülhün, sabitliyin və tərəqqinin əsas dayağı olacaqdır.


Eldar Kazımov - YAP Masallı rayon təşkilatının məsləhətçisi
Seçilən
16
1
azadmedia.az

2Mənbələr