AZ

İran Natanz nüvə müəssisəsində çirklənmə aşkarlandığını təsdiqlədi

BAKI, TurkicWorld

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi İsrailin hücumundan sonra İsfahandakı Natanz Nüvə Müəssisəsində nüvə çirklənməsinin baş verdiyini bildirib.

TurkicWorld xəbər verir ki, İran dövlət televiziyasına danışan Kamalvəndi ölkədəki nüvə obyektlərinin son vəziyyəti ilə bağlı məlumat verib.

İsrailin yerin dərinliklərinə çatmaq üçün Natanz təsisatını bir neçə dəfə raketlərlə vurduğuna diqqət çəkən Kemalvendi, "Obyektin içərisində müəyyən çirklənmə aşkar edildi, lakin bu çirklənmə obyektin xaricinə yayılmadı"- deyə qeyd edib.

Kəmalvəndi qeyd edib ki, sözügedən nüvə çirklənməsi həyəcan verici deyil.

Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir

Seçilən
40
turkic.world

1Mənbələr