AZ

Niyə 13 iyun? – Zirəddin İsrailin hücumu bu tarixdə etməsinin sirrini açdı

Xəbər verdiyimiz kimi, 13 iyun tarixində İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və digər yüksək rütbəli hərbi şəxslər həlak olub. Hücum İran daxilində ciddi siyasi və ictimai reaksiya doğurub. Rəsmi Tehranın verdiyi açıqlamaya əsasən, ölkədə bir günlük matəm elan edilib.

Hücumun dəqiq səbəbləri və məqsədi hələlik tam açıqlanmasa da, hadisənin baş verdiyi tarix və əməliyyatın detalları geniş müzakirələrə yol açıb.

Niyə məhz 13 iyun? Bu əməliyyat lokal xarakter daşıyır, yoxsa genişmiqyaslı müharibənin başlanğıcıdır?

Globalinfo.az-a danışan kliniki psixoloq, ekstrasens Zirəddin Rzayevin sözlərinə görə, nə vaxtsa İran-İsrail (Amerika) savaşı baş verə bilər.

Onun fikrincə, İranla İsrail arasında hələ ki, ara-sıra bu kimi gərginliklər baş verəcək:

“Savaş nə zamansa başlaya bilər, amma 2025-ci ildə yox. Ümumiyyətlə, İran Şərqin ən həssas və mürəkkəb nöqtələrindən biridir. Orada müharibə başlayarsa, təkcə İran və “İsrail” (ABŞ) yox, bütün dünya gərginlik yaşayacaq”.

Zirəddin deyib ki, 13 iyun tarixinin seçilməsi təsadüfi deyil:

“Çünki bu, musəvilərdə ən uğurlu rəqəm sayılır. 13 rəqəmi yəhudi inancında Yaradanın 13 mərhəmətini vurğulayır. Məhz bu səbəbdəndir ki, kabala inancında 13 rəqəminin uğur gətirdiyinə inanılır”.

Seçilən
52
1
turkustan.az

2Mənbələr