Avropa Gənclər Kartı bu ilin payızından Gürcüstanda mövcud olacaq
18-30 yaş arası Gürcüstan vətəndaşları 2025-ci ilin payızından 40 ölkədə müxtəlif endirimlər və təkliflər təqdim edəcək Avropa Gənclər Kartından istifadə edə biləcəklər, Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.
Kart öz istifadəçilərinə 25 mindən çox endirim təklif edir. Proqramın məqsədi gənclərin mobillik, yaşayış, təhsil, idman, mədəniyyət və əyləncə xidmətlərindən istifadə imkanlarını genişləndirməkdir.
“Tezliklə Avropa Gənclər Kartı Gürcüstanda 18-30 yaş arası gənclər üçün əlçatan olacaq - bütün Avropada fəal şəkildə istifadə olunan və 9 milyona qədər gənci birləşdirən “imkan kartı” adlanan kart”, - Kaladze bildirib.
Proqramın təkcə Tbilisidə deyil, həm də bütün ölkə ərazisində istifadəyə verilməsi üçün paytaxt meriyası ilə Gürcüstan Bankı arasında anlaşma memorandumu imzalanıb.
Merin sözlərinə görə, Avropa Gənclər Kartı Gürcüstanda ilk “imkan kartı” olacaq və təkcə tələbələrə deyil, həm də 30 yaşınadək istənilən gəncə öz həyat tərzini şaxələndirmək və maraqlı təcrübələr əldə etmək üçün nəzərəçarpacaq üstünlüklər verəcək.
Proqramın Gürcüstanda eksklüziv lisenziya sahibi Tbilisi meriyasıdır.
aia.az
Tərcümə şöbəsi