AZ

İsrail baş naziri Tramp və Putinlə regiondakı gərginliyi müzakirə edəcək

BAKI, TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı həyata keçirdiyi hücumları ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Netanyahunun ofisindən bildirlib.

Rəsmi açıqlamada bildirilir ki, Netanyahu dünya liderləri ilə bir sıra telefon danışıqları aparıb və yaxın vaxtlarda ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə də regiondakı vəziyyəti müzakirə edəcək.

İsrailin İrana qarşı son günlərdə həyata keçirdiyi hava zərbələri Orta Şərqdə siyasi və hərbi gərginliyi kəskin şəkildə artırıb. Netanyahu bu hücumların nəticələrini və mümkün geosiyasi riskləri koordinasiya etmək niyyətindədir.

Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir

Seçilən
87
46
turkic.world

10Mənbələr