AZ

Hansı daha güclüdür?

İsrailin bu səhər paytaxt Tehrandan başlayaraq İranın bir çox şəhərinə hücum etməsindən sonra Yaxın Şərq yenidən sərhəddədir. Dünya mediasında gedən təhlillərdə İsrail və İran ordularının müdafiə büdcələri, silah-sursat və əsgərləri müqayisəli şəkildə araşdırılıb.

ABŞ-da yerləşən “Global Firepower” təhlil firmasının dərc etdiyi məlumatlara görə, İsrailin bu il müdafiə büdcəsi təxminən 30,5 milyard dollardır. İranınkı isə 15,45 milyard dollardan bir qədər çoxdur.

Buna baxmayaraq, İran ordusu bir çox sahələrdə sayca İsrail Müdafiə Qüvvələrindən üstündür.

Hesabata görə, İranda təxminən 88 milyon əhalisi olan 49,4 milyon insan döyüşə bilər və onlardan 41,5 milyonu birbaşa hərbçi kimi işə götürülə bilər.

Təxminən 9,5 milyon insanın yaşadığı İsraildə əhalinin 3,9 milyonu döyüşə bilir. Onlardan 3,2 milyonu birbaşa hərbi xidmətə hazırdır.

Quru qoşunları baxımından İranın 1713 tankı, 65825 zirehli texnikası və 3000-ə yaxın haubitsası var. İsrail ordusunda 1300 tank, 35 985 zirehli maşın və təxminən 530 haubitsa var. İsrailin isə 183, İranda isə 1517 raket buraxılışı qurğusu var.

İran donanmasının 107, İsrailin isə 62 hərbi gəmisi var.

İran həm də logistika baxımından İsraildən güclüdür. Tehran hökumətinin 173 hava limanı və 18 limanı var. İsrailin 37 hava limanı və 5 limanı var.

Sayı baxımından İsrailin hava qüvvələri İrandan güclüdür. İranın 551, İsrail ordusunun isə 611 döyüş təyyarəsi var. İsrail ordusunda təyyarələrdən 240-ı hücum təyinatlıdır, İranın isə bu rəqəm 188-dir. İranın 13, İsrail ordusunun 48 hücum helikopteri var.

***

İsrailin baş naziri Benyamin Netanyahu “Yüksələn Aslan” əməliyyatı çərçivəsində həyata keçirilən hücumların “İranın nüvə təhlükəsini dəf etmək” məqsədi daşıdığını açıqlayıb.

O, Natanz nüvə obyektinin uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətinə görə hədəf alındığını bildirib. Bundan başqa Təbriz, Luristan və Kirmanşah şəhərləri də İsrail aviasiyası tərəfindən vurulub.

İran dövlət mediasının məlumatına görə, hücumlarda Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami və İsrailə qarşı hücumlara komandanlıq edən adlardan biri general Qulam Əli Rəşid daxil olmaqla 20 general həlak olub. Əməliyyatda altı nüvə alimi də həyatını itirib.

ABŞ prezidenti Donald Tramp İsrailin planından xəbərdar olduğunu, lakin onların əməliyyatda heç bir rol oynamadıqlarını bildirib. Tehran İsrailə qarşı ciddi cavab tədbirləri görəcəyini iddia etsə də, Təl-Əviv və Vaşinqton İrana belə bir addım atmamaq barədə xəbərdarlıq edir.

Seçilən
22
vaxt.az

1Mənbələr