AZ

Netanyahu Putin və Starmerlə İranın hücumlarını müzakirə etməyi planlaşdırır

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin İrana endirdiyi zərbələri Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin ofisindən bildirilib.

"İsrailin Baş naziri yaxın vaxtlarda Rusiya lideri ilə söhbət aparmağı planlaşdırır", - məlumatda qeyd olunub.

Times of Israel” nəşrinin məlumatına görə, baş nazir britaniyalı həmkarı Kir Starmerlə də danışıqlar aparacaq.

Daha əvvəl Netanyahunun ofisi baş nazirin Almaniya kansleri Fridrix Merts və Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar apardığı barədə məlumat yaymışdı.


Seçilən
9
azia.az

1Mənbələr