AZ

"Vəziyyət bu formada davam etsə, neft qiyməti daha da yüksək olacaq"

İsrailin İrana hücumundan sonra neftin qiyməti 7 faizdən çox artıb. “Brent” markalı neftin bir barelinin qiyməti 4,28% bahalaşaraq 73,35 ABŞ dollarına yüksəlib. 

Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq, 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.

İsrailin İrana hücumu ilə neftin qiyməti anındaca yüksəlib.

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, bölgədə yaranan gərginlik neft bazarına təsir göstərib:

"Məlum hücumlardan sonra neft bazarında qiymətlər 12 faiz bahalaşıb. Qiymətlər 75 dollara qədər yüksəlib. Vəziyyət bu formada davam etsə, neft qiyməti daha da yüksək olacaq. Bu hal Azərbaycana bir növ müsbət təsir göstərəcək. Belə ki, neftin qiyməti artırsa , Azərbaycana gələn valyuta gəlirləri də artacaq".

Sevinc

Seçilən
27
50
hit.az

10Mənbələr